(With black and white and colored pictures with frames).
Nobel qardaşlarının Azərbaycandaki fəaliyyətinin 130 illiyinə həsr olunur.
Vəsiyyətinə əsasən, onun bütün daşınan və əmlakı satılmış və yığılan kapital etibarlı ...
(With black and white and colored pictures with frames).
Nobel qardaşlarının Azərbaycandaki fəaliyyətinin 130 illiyinə həsr olunur.
Vəsiyyətinə əsasən, onun bütün daşınan və əmlakı satılmış və yığılan kapital etibarlı bir bankda yerləşdirilmişdir. Əmanətlərdən gələn gəlirlər xüsusi fond tərəfindən bəşəriyyət qarşısında böyük xidmətlər göstərən şəxslərə mükafat verilməsinə sərf olunur. Mükafat illikdir və ötən il ərzində göstərilən xidmətlərə görə verilir. Nobelin vəsiyyətnaməsinə əsasən, bank faizləri beş bərabər hissəyə bölünür və fizika, kimya, fiziologiya və təbabət sahələrində mühüm kəşflərə, ən sanballı ədəbi-bədii əsərlərə, habelə sülhün bərqərar olunmasında, qorunub-saxlanmasında müstəsna xidmətlərə görə mükafat fonduna ayrılır. Bir sahədə də Nobel mükafatı təsis olunub ki, bu da onun vəsiyyətində göstərilməmişdir. Bu, 1969-cu ildə İsvec Dövlət Bankı təşəbbüsü ilə təsis olunmuş iqtisadiyyat üzrə Nobel mükafatıdır. Bu mukafatın da statusu o biri sahələrdə verilən Nobel mükafatları ilə eynidir.
Yuxarıda qeyd edilənlər, əlbəttə Nobel mükafatının həcmi kimi hamıya məlum olan faktlardır. Amma Alfred Nobelin sərvətinin elə bu gün də nüfuzlu mükafat şəklində verilən kifayət qədər böyük hissəsinin o zaman dünyanın əsas neft şirkətlərindən biri olan Nobel Brothers Petroleum Production Company-dən formalaşdığını iki il əvvələ qədər, demək olar, hec kim bilmirdi.
Halbuki Alfred Nobelin kapitalının təxminən 17%-i Bakı neftindən qazanılmış
gəlirlərdən ibarətdir!
We are using technologies like Cookies and process personal data like the IP-address or browser information in order to personalize the content that you see. This helps us to show you more relevant products and improves your experience. we are herewith asking for your permission to use this technologies.