Mən millətin formalaşmasında tarix şüurunun önəmli rol oynadığına inanıram. Yüz illiyini qeyd edəcəyimizə baxmayaraq, bu gün Cümhuriyyətimizin tarixindən, onu quranlardan öyrənməli, fərdi yaşantımıza qədər tətbiq etməl ...
Mən millətin formalaşmasında tarix şüurunun önəmli rol oynadığına inanıram. Yüz illiyini qeyd edəcəyimizə baxmayaraq, bu gün Cümhuriyyətimizin tarixindən, onu quranlardan öyrənməli, fərdi yaşantımıza qədər tətbiq etməli olduğumuz çox məsələlər var. Türk və müsəlman dünyasında ilk parlamentli respublika qurmuşuq deyəndə, indi təbii gəlir bizə. Amma 1918-ci ildə Qafqaz kimi qarışıq bir regionda bu cür idarəçilik sistemi ağlasığmaz idi. Atalarımız bunu bacardılar, bizə Azərbaycan adlı bir dövlət miras qoydular. Bu baxımdan onların mücadiləsini öyrənmək hər şeydən öncə mənəvi borcdur. Mən bu borcla yola çıxdım, ölənədək ödəyəcəyimi sanmıram.
We are using technologies like Cookies and process personal data like the IP-address or browser information in order to personalize the content that you see. This helps us to show you more relevant products and improves your experience. we are herewith asking for your permission to use this technologies.