Məşhur ingilis yazıçısı Çarlz Dikkens XIX əsrin ən böyük nasirlərindən biridir. Aristokrat ailəsində dünyaya gəlsə də, atasının borcları üzündən kiçik yaşlarından işləməyə məcbur olmuşdur. O, gənclik illərində mü ...
Məşhur ingilis yazıçısı Çarlz Dikkens XIX əsrin ən böyük nasirlərindən biridir. Aristokrat ailəsində dünyaya gəlsə də, atasının borcları üzündən kiçik yaşlarından işləməyə məcbur olmuşdur. O, gənclik illərində müxbir kimi çalışmış, 1836-cı ildən ədəbi fəaliyyətə başlamışdır. Ç.Dikkens “Oliver Tvist”, “Milad əhvalatları”, “Böyük ümidlər”, “Devid Kopperfild”, “İki şəhərin əfsanəsi” kimi məşhur əsərlərin müəllifidir.
1837-1839-cu illərdə yazılmış “Oliver Tvist” əsəri ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur. Əsər, əsasən, realist üslubda yazılsa da, burada müsbət obrazların mələyə bənzədilməsi, cinayətkarların eybəcər təqdim olunması, xoşbəxt sonluq kimi romantizmə xas xüsusiyyətlərə də rast gəlmək mümkündür.
We are using technologies like Cookies and process personal data like the IP-address or browser information in order to personalize the content that you see. This helps us to show you more relevant products and improves your experience. we are herewith asking for your permission to use this technologies.