Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan və heç bir nəticə ala bilməyən bu ...
Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan və heç bir nəticə ala bilməyən bu şəxs xilas yolunu yalnız intiharda görür. Beləliklə, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyildir.
Relslər üzərində ölüm qatarını gözləyərkən yanına intihar üçün daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş həyatını tamamilə dəyişəcəkdir. Bu yad insanla o, bir-birilərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən həlledici və dəhşətli seçimi qarşısında qoyacaqdır. Özü də bir deyil, bir neçə amansız seçim…
Bu annotasiya ilə tanış olan oxucu elə güman edə bilər ki, əsərin qəhrəmanı relslər üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas hadisələrin başlanması üçün yalnız bir müqəddimədirlər. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin həm də ən böyük qurbanlarıdır.
We are using technologies like Cookies and process personal data like the IP-address or browser information in order to personalize the content that you see. This helps us to show you more relevant products and improves your experience. we are herewith asking for your permission to use this technologies.