Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevəcək? Qərar vermək çətindir. Kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; ...
Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevəcək? Qərar vermək çətindir. Kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək illərlə yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü-gündən düşmənləri onların sıralarını azaldır...
Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi – müəllif tərəfindən heç də təsadüfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur.
Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb.
We are using technologies like Cookies and process personal data like the IP-address or browser information in order to personalize the content that you see. This helps us to show you more relevant products and improves your experience. we are herewith asking for your permission to use this technologies.